Elmi-Tədqiqat Hissəsinin təşkilatçılığı ilə növbəti treninq

03/05/2017

Bakı Dövlət Universiteti Elmi-Tədqiqat Hissəsinin təşkilatçılığı ilə Hüquq fakültəsində Clarivate Analytics şirkətinin (Tomson Reyters Agentliyi) əməkdaşları - elmi informasiya resursları üzrə ekspert Aygün Babazadə və Xəzər Universitetinin “Xəzər Humanitar və Sosial Elmlər” beynəlxalq elmi jurnalının redaktor müavini Xəyalə Məmmədova maarifləndirmə işlərini aparmaq məqsədilə həyata keçirilən  “Beynəlxalq elmi jurnalların tələbləri və elmi məqalələrin yazılma qaydaları: Gənc alim və tədqiqatçılara  dəstək” adlı layihə üzrə silsilə təlimlər çərçivəsində növbəti treninq keçiriblər. Təlimdə Hüquq, Tarix, Filologiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Şərqşünaslıq, Sosial elmlər və psixologiya, İlahiyyat, Jurnalistika, Kitabxanaçılıq-informasiya fakültələrində çalışan gənc alimlər və doktorantlar işirak ediblər.

Layihənin əsas məqsədi  mühüm elmi-tədqiqat nəticələrinin əldə olunmasında və təbliğində böyük imkanlara malik olan beynəlxalq elmi bazaların imkanlarından istifadə metodları, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər, müasir beynəlxalq jurnalların idarə edilmə prinsipləri və s. mövzularla bağlı gənc alim və tədqiqatçıları maarifləndirməkdir.

Tədbirdə elmi informasiya resursları üzrə ekspert Aygün Babazadə  “Web of Science” platforması və onunla əlaqəli resurslarla iş üzrə istiqamətlərin verilməsi, platformada axtarışın effektiv aparılması, ən nüfuzlu jurnalların və yüksək istinadlı məqalələrin axtarıb tapılması, platformada qeydiyyatdan keçmək və s. məsələlərlə bağlı  məlumat verib.

Xəzər Universitetinin “Xəzər Humanitar və Sosial Elmlər” beynəlxalq elmi jurnalının redaktor müavini Xəyalə Məmmədova isə elmi jurnalın idarə edilməsi prinsipləri, “Web of Science” platformasına daxil olmaq üçün jurnallar, eyni zamanda, çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərlə bağlı  layihə iştirakçılarını məlumatlandırıb.

Mətbuat və informasiya şöbəsi, 03 may 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!