Elmin İnkişafı Fondu növbəti “Şuşa qrantı” birgə müsabiqəsinin nəticələrini açıqlayıb

12/11/2013

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) Qarabağla bağlı ölkədə aparılan elmi tədqiqatları stimullaşdırmaq, regional və beynəlxalq səviyyədə araşdırmaları təmin etmək məqsədi ilə 2012-ci il mayın 8-də “Şuşa qrantı” müsabiqəsini təsis edib və bu il mayın 10-da UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birlikdə ikinci “Şuşa qrantı” müsabiqəsini elan edib.

Müsabiqənin məqsədi bütövlükdə Qarabağın tarixinin, bu diyarın qədim və rəngarəng qeyri-maddi və maddi-mədəni irsinin, memarlığının, arxeologiyasının, iqtisadiyyatının, fauna və florasının, təbii sərvətlərinin, mədəniyyət tarixinin, etnoqrafiyasının, ədəbiyyatşünaslıq, dilçilik, sənətşünaslıq və incəsənət sahələrinin, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Xocalı soyqırımının tədqiqi və bu barədə həqiqətlərin dünya elmi ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərlə bağlı mədəni, ekoloji, tibbi, bioloji və aqrar məsələlərin, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasının və digər məsələlərin kompleks şəkildə elmi əsaslarla dərindən tədqiq olunmasının dəstəklənməsidir.

Müsabiqə çərçivəsində təbiət, dəqiq, texniki, humanitar və ictimai elm sahələrində fundamental-tətbiqi xarakterli elmi-tədqiqat proqram və layihələrinin dəstəklənməsi nəzərdə tutulub.

İkincisi “Şuşa qrantı” birgə müsabiqəsi çərçivəsində 10 qalib layihə müəyyənləşdirilib. Qalib layihələr arasında BDU-nun professoru, millət vəkili Qasımlı Musa Cəfər oğlu tərəfindən müsabiqəyə təqdim edilib “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək (1920-1994-cü illər) erməni iddiaları” mövzusunda layihə də var. Fundamental-tətbiqi xarakterli bu layihə 12 ay ərzində Bakı Dövlət Universitetində yerinə yetiriləcəkdir.

Bütün layihələr yerinə yetirildikdən sonra hər bir fundamental-tətbiqi xarakterli layihə üzrə alınmış nəticələri əks etdirən kitab, monoqrafiya və ya atlasın nəşr olunması nəzərdə tutulub. Bu nəşrlərdən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində də istifadə olunacaqdır.

Mətbuat və informasiya şöbəsi, 12 noyabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!