Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislərin növbəti qrant müsabiqəsinin nəticələrini açıqlayıb

12/11/2013

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən 2013-cü il fevralın 2-də - Gənclər Günündə elan edilmiş “Gənc alim və mütəxəssislərin ikinci qrant müsabiqəsi”nin qalibləri müəyyən edilib.

Qalib layihələr AMEA-nın Riyaziyyat və Mexanika, İnformasiya Texnologiyaları, Kibernetika, Geologiya, Kimya Problemləri, Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası, Botanika, Mikrobiologiya, Ədəbiyyat institutlarında, AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Milli Aviasiya Akademiyasında, Azərbaycan Tibb Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində, Bakı Avrasiya Universitetində, Bakı Dövlət Universitetində, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunda, “Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək” İctimai Birliyində yerinə yetiriləcəkdir. İcraçılar sırasında adıçəkilən qurumlarla yanaşı, Naxçıvan Dövlət Universiteti və Elmi-Tədqiqat Əkinçilik İnstitutunun alim və mütəxəssisləri də vardır.

25 qalib layihədən 20-si fundamental-tətbiqi xarakterlidir, üçü isə müasir cihaz və avadanlıqlarla təminatı nəzərdə tutur. İki layihə üzrə Azərbaycanda beynəlxalq konfrans təşkil olunacaqdır. Fizika-riyaziyyat və texnika elmləri üzrə yeddi layihə, Yer haqqında elmlər üzrə dörd layihə, kimya elmləri üzrə dörd layihə, biologiya, tibb və aqrar elmləri üzrə yeddi layihə, humanitar və ictimai elmlər üzrə üç layihə qalib olub.

Fizika-riyaziyyat və texnika elmləri üzrə Qasımova Günel Mirbala qızı tərəfindən təqdim edilmiş “Elliptik tip operator-diferensial tənliklərin həll olunma məsələlərinin tədqiqi” ” mövzusunda fundamental-tətbiqi xarakterli layihə Bakı Dövlət Universitetində, Yer haqqında elmlər üzrə Tahirova Hicran Mirəhməd qızı tərəfindən təqdim edilib “Naxçıvan Muxtar Respublikasında miqrasiyanın demoqrafik proseslərə təsirinin Coğrafi İnformasiya Sistemləri texnologiyası ilə tədqiqi” mövzusunda fundamental-tətbiqi xarakterli layihə isə Bakı Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetində yerinə yetiriləcəkdir.

Mətbuat və informasiya şöbəsi, 12 noyabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!