Elmi Şurasının genişləndirilmiş iclası keçirilib

02/11/2016

Bakı Dövlət Universiteti Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclası giriş sözü ilə rektor, akademik Abel Məhərrəmov açıb. Dövlət başçısı İlham Əliyevin elm, təhsil sahəsinə göstərdiyi diqqətdən, qayğıdan danışan rektor elmi kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunmasının vacib məsələlərdən olduğunu bildirib. Elmi Şuranın gündəliyi elan edildikdən sonra Kimya fakültəsinin dekanı, professor Abdulsəyid Əzizov və dosent Namiq Şixəliyev Kimya fakültəsində tədrisin və elmi fəaliyyətin təşkili və təkmilləşdirilməsi haqqında məlumat verib. Sonra Jurnalistika fakültəsinin dekan vəzifəsini icra edən, professor Cahangir Məmmədli və Jurnalistika elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Vüqar Əliyev fakültənin tədris və elmi fəaliyyətinin təşkili və təkmilləşdirilməsi haqqında məlumat verib. 
İclasda BDU-nun Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti haqqında BDU Həmkarlar Komitəsinin sədri, dosent Fikrət Şiriyevin hesabatı dinlənilib.
Sonda Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov, Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin dekanı, professor Məhəmməd Mehdiyev, o cümlədən professor-müəllim heyətindən Niftalı Qocayev, Eldar Məsimov, Həmid Hüseynov, Bəylər Hacıyev, Qabil Əliyev, Səidə Əliqızı, Matilda Tağıyeva, Sima Rəhimova, Rafiq Quliyev, Jalə Əliyeva fəxri fərmanla təltif ediliblər. 
Sonda gündəlikdə olan cari məsələlər müzakirə edilib.

Mətbuat və informasiya şöbəsi, 03 noyabr 2016-cı il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!