Elmi Şuranın növbəti iclası keçirilib

03/02/2016

Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. İclası giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb. Sonra Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor İradə Əliyeva  2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının ilkin nəticələrindən danışıb. Prorektor respublikada həyata keçirilən islahatlar ilə əlaqədar BDU-da aparılması nəzərdə tutulan struktur islahatlar barədə də məlumat verib.

Daha sonra  Bakı Dövlət Universitetinin Nəşriyyat direktoru İslam Şirinov  “Bakı Universiteti” nəşriyyatının  fəaliyyəti barədə ətraflı məlumat verib.

Elm və innovasiyalar üzrə prorektor,  professor Aydın Kazımzadə  isə tədris vəsaitlərinə nəşr hüququ verilməsinin əhəmiyyəti barədə fikirlərini bildirib. Cari məsələlər müzakirə edildikdən sonra alimlərə elmi adlar verilib.

Mətbuat və informasiya şöbəsi, 03 fevral 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!