Elmi Şuranın növbəti iclası keçirilib

14/05/2012

Bu gün Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasının genişləndirilmiş növbəti iclası keçirilib. İclası aşan rektor, akademik Abel Məhərrəmov gündəliyi elan edib.
2011/2012-ci tədris ilinin qış imtahan sessiyası zamanı Apellyasiya Komissiyasına və Qərargaha daxil olan ərizələrin və nəticələrin təhlili üzrə professor Elşad Qurbanov geniş məruzə ilə çıxış edib. Müzakirə edilən ikinci məsələ, 6-25 aprel 2012 il tarixlərində IV kurs tələbələri üçün keçirilmiş yay imtahan sessiyasının nəticələri, 2011/2012-ci tədris ilində Yekun Dövlət imtahanlarının təşkili və yay imtahan sessiyasına hazırlıq ilə əlaqədar olub və bununla bağlı Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva məruzə edib. Professor İradə Əliyeva həmçinin Bakı Dövlət Universitetinin növbəti 5 il üçün Təhsil Nazirliyi tərəfindən akkreditasiyadan keçməsi məqsədi ilə hazırlanmış Özünütəhlil Hesabat mövzusunda da çıxış edib. Professorun slaydlarla təqdim etdiyi hər iki prezentasiyası Elmi Şura üzvləri tərəfindən maraqla qarşılanıb.
Bununla belə universitetin bəzi işçilərinə elmi adlar verilib və başqa carı məsələlər müzakirə olunub.

Mətbuat və İnformasiya şöbəsi, 14 may, 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!