Elmi Şuranın növbəti iclası keçirilib

11/11/2011

Bu gün BDU Elmi Şurasının növbəti iclası keçirilib. AMEA-nın Rəyasət Heyəti və BDU Elmi Şurası üzvlərinin, tanınmış alimlərin iştirak etdiyi iclası giriş sözü ilə universitetin rektoru akademik Abel Məhərrəmov açıb. Azərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunmasının vacib məsələlərdən olduğunu bildirən rektor, qeyd edilənləri xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Rektor bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfəsini verdiyini və Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləyib. İclasda 2011-2012-ci tədris ilində BDU-da tədris prosesinin təşkili: islahatlar, problemlər və perspektivlər haqda Tədrisin təşkili və təlim texnologiyaları  üzrə prorektor, professor İradə Əliyevanın hesabatı dinlənilib. Daha sonra Bakı Dövlət Universitetinin yeni Nizamnaməsinin müzakirəsi və təsdiqi, fakültə Elmi Şuralarının təsdiqi və cari məsələlərə baxış olub.

 

Mətbuat və İnformasiya şöbəsi, 11 noyabr 2011-ci il


 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!