Elmi Şuranın növbəti iclası keçirilib

04/04/2012

Bu gün Bakı Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib. AMEA-nın Rəyasət Heyəti üzvləri, BDU-nun Elmi Şurasının üzvləri, tanınmış alimlərin iştirak etdiyi iclası giriş sözü ilə universitetin rektoru akademik Abel Məhərrəmov açıb. Azərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunmasının vacib məsələlərdən olduğunu bildirən rektor, elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Akademik bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfəsini verdiyini və Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləyib.

Qeyd edilib ki, dövlət tərəfindən göstərilən qayğı, elm və təhsilin əlaqələndirilməsi, innovasiyaların tətbiqi və aparılan islahatlar nəticəsində 2011-ci ildə BDU “QS World University Rankings-2011” reytinqinə görə dünyanın 700 top universitetinin, həmçinin Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən dünyanın ən yaxşı 2000 universitetinin siyahısına daxil edilib. Hesabat ilində Avropa Komissiyasının Prezidenti Manuel Barrozo və ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun kimya və fizika üzrə professoru, dünya şöhrətli alim, kimya üzrə Nobel mükafatı laureatı Əhməd Həsən Zevayl BDU-nun fəxri doktoru seçilib.

İclasda 2011-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elm və innovasiyalar üzrə prorektor prof. A.H.Kazımzadənin hesabatı dinlənilib və BDU-da elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi tədqiqatların aparılmasından danışılıb.  Məlum olub ki, Bakı Dövlət Universitetinin 17 fakültəsinin 124 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 3 elmi-tədqiqat mərkəzində və 24 elmi-tədqiqat labora­to­ri­yasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır. 2011-ci ildə BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 221 mövzu üzrə 1151 elmi iş yerinə yetirilib.

Hesabat ilində universitetdə fəaliyyət göstərən 6 daimi və 36 Birdəfəlik Dissertasiya Şuralarında 93 nəfər ixtisas üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya (onlardan 47 nəfəri BDU-nun əməkdaşı, doktorantı və dissertantıdır) müdafiə etmişdir. Ümumiyyətlə BDU əməkdaşları tərəfindən ixtisas üzrə 12 elmlər doktoru və 23 fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edilib.

Hesabat ilində Universitetdə professor-müəllim heyəti və əməkdaşlar tərəfindən 68 monoqrafiya, 76 kitab, 90 dərslik, 115 dərs vəsaiti, 2702 məqalə, o cümlədən 1942 məqalə respublikada, 760 məqalə xaricdə, 1269 tezis, o cümlədən 574 tezis respublikada, 695 tezis xaricdə, 44 metodik göstəriş, 226 proqram nəşr etdirilib. Cari ildə universitet alimləri 28 doktorluq və 115 fəlsəfə doktoru dissertasiyası işinə opponentlik ediblər. 16 doktorluq və 77 fəlsəfə doktoru dissertasiya işinə aparıcı təşkilat olaraq rəy veriblər. Xaricdə nəşr olunmuş 760 məqalədən 140-ı, yəni bütün xaricdə nəşr olunmuş məqalələrin 18,5 %-i impakt faktorlu jurnallarda nəşr olunub.

BDU əməkdaşları tərəfindən 22, o cümlədən BDU-nun sahibliyi ilə 8 patent alınıb.

Professor Aydın Kazımzadə 2011-ci ildə universitet alimlərinin xaricdə nəşr olunmuş kitabları haqqında da məlumat verib. Bu kitablar tətbiqi riyaziyyat və kibernetika, tarix, filologiya, hüquq, sosial elmlər və psixologiya fakültələrinin əməkdaşları  tərəfindən yazılıb və ABŞ, Almaniya, İngiltərə, Rusiya, Ukrayna, Özbəkistan, Hollandiya,  Türkiyə və İran İslam Respublikasının nəşriyyatlarında nəşr olunub.

Hesabat ilində universitetin əməkdaşları tərəfindən 63 (42 beynəlxalq və 21 respublikadaxili) elmi layihələr həyata keçirilib. Bu layihələr Avropa Birliyinin 7-ci Çərçivə (FP-7) və TEMPUS Proqramları, Amerikanın Mülki Tədqiqatlar və İnkişaf Fondu, Səudiyyə Ərəbistanının Kral Əbdüləziz adına Elm və Texnologiya Mərkəzi, Ukrayna Elm və Texnologiya Mərkəzi, Fransanın Milli Elmi araşdırmalar mərkəzi, NATO-nun «Elm sülhün keşiyində» proqramı, İsveçrə Milli Elm fondu, Almaniyanın Folsfagen şirkəti, Soros fondu Açıq Cəmiyyət İnstitutu, Dünya Bankı, AR Prezidenti Yanında Elmin İnkişafı Fondu, AR Təhsil Nazirliyi və AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azneft İstehsalat Birliyi və digər yerli və xarici təşkilatlar tərəfindən maliyyələşdirilir.

Bakı Dövlət Universitetinin Elmi kitabxanası hər il olduğu kimi 2011-ci ildə də ali məktəbin tədris-tərbiyə prosesini və elmi-tədqiqat işini ədəbiyyatla və informasiya ilə təmin edən aparıcı struktur bölməsi kimi öz fəaliyyətini davam etdirib. Təhsil Nazirliyinin əmrinə əsasən ali məktəb kitabxanaları üzrə elmi-metodiki mərkəz kimi fəaliyyət göstərən Elmi kitabxana 22 dövlət və bəzi özəl ali məktəb kitabxanalarına metodiki köməklik göstərir, 21 ölkənin 49 universiteti və beynəlxalq nəşriyyatı ilə informasiya mübadiləsi aparır. Universitetin 4 korpusunda yerləşən Elmi kitabxanasının 14 şöbəsi, 5 abonementi, 15 oxu zalı müntəzəm surətdə oxucuların istifadəsindədir.

Bakı Dövlət Universitetinin nəşriyyatında çoxlu sayda monoqrafiyalar, dərslik və dərs vəsaitləri hazırlanıb.

Bakı Dövlət Universitetində dörd seriyada «Bakı Universitetinin Xəbərləri» jurnalı və digər 14 elmi, nəzəri, metodik və təcrübi jurnallar öz fəaliyyətlərini davam ediriblər.

2011-ci ildə BDU-nun laboratoriyalarının maddi-texniki bazası daha da möhkəmləndirmək məqsədi ilə 448 827 $ dəyərində yeni cihaz və avadanlıqlar alınıb.

Professor A.Kazımzadə bildirib ki, Bakı Dövlət Universiteti professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə rektor, akademik Abel Məhərrəmovun 9 iyun 2009-cu il tarixli əmri ilə universitetdaxili “50+50” qrant proqramı təsis edilib. Müvafiq komissiyanın qərarı və rektorun əmri ilə 16 professor-müəllim heyətinə, 12 gənc (35 yaşa qədər) professor-müəllim heyətinə, 11 nəfər doktorant, dissertant və magistrant və 12 nəfər tələbə 2011-2012-ci illər ərzində 3-cü müsabiqənin qalibi elan edilmişdir və onlara universitetin xüsusi vəsaiti hesabına qrant verilir.

Bakı Dövlət Universitetində 114 000 AZN dəyərində təsərrüfat hesablı elmi-tədqiqat işləri də aparılır.

Prorektorun sözlərindən o da məlum olub ki, Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrin genişlənməsi və inkişafına da mühüm yer ayırır. Hesabat ilində universitetin rektoru Rusiyaya, Ukraynaya, Qazaxstana səfər edib. Respublikada və xarici ölkələrdə fəaliyyət göstərən 31 elmi təşkilat və ali təhsil müəssisəsi ilə anlaşma memorandumu və əməkdaşlıq müqaviləsi imzalanıb. Çin Xalq Respublikası və Qazaxıstan Respublikası ilə elmi əlaqələri daha da inkişaf etdirmək məqədi ilə universitetdə Konfitsu İnstitutu və Abay Kunanbayev adına Mərkəz açılılıb.

Mətbuat və informasiya şöbəsi, 04 aprel 2012-ci il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!