Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

21/05/2014

Bu gün Bakı Dövlət Universitetinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. Rektor, akademik Abel Məhərrəmov iclas iştirakçılarını salamlayaraq gündəlikdəki məsələlər barədə məlumat verib.

Daha sonra Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor professor İradə Əliyeva çıxış edərək 2013/2014-cü tədris ilinin yay imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında danışıb.

Tədris Metodiki Şuranın sədri, AMEA-nın müxbir üzvü, professor Vasif Babazadə isə Tədris Metodiki Şuranın Hesabatı barədə məlumat verib.

Bakı Dövlət Universitetinin 2014-2020-ci illər üzrə İnkişaf Proqramının müzakirəsi və qəbul edilməsi barədə Elm və İnnovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə ətraflı məlumat verib.

İclasda cari məsələlər müzakirə edilib.

Mətbuat və informasiya şöbəsi, 21 may 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!