Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

06/11/2017

Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. Şuranın gündəliyini elan edən rektor, akademik Abel Məhərrəmov universitetin 100 illik yubileyinə hazırlıq haqqında məlumat verib, görülən işlərdən danışıb.

Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov və Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev tədrisin və elmi fəaliyyətin təşkili və təkmilləşdirilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr haqqında hesabat ilə çıxış ediblər.

Sonra çıxışlar ətrafında müzakirələr aparılıb.

Elmi Şuranın iclasında elmi adların verilməsi, yubilyarların təbrik edilməsi kimi məsələlərə də baxılıb.

Mətbuat və informasiya şöbəsi, 06 noyabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!