Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

20/12/2012

Bu gün Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasının genişləndirilmiş  iclası keçirilib. İclası açan rektor, akademik Abel Məhərrəmov gündəliyi elan edib. Qış imtahan sessiyasına hazırlıq haqqında Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva geniş məruzə ilə çıxış edib. Müzakirə edilən ikinci məsələ, doktoranturaya qəbulun nəticələri haqqında olub. Məruzəni Elm və İnnovasiyalar üzrə prorektor professor Aydın Kazımzadə edib. Daha sonra Coğrafiya fakültəsinin dekanı, professor  Fərda İmanov və Şərqşünaslıq  fakültəsinin dekanı,  dosent Elxan Əzizovun hesabatları dinlənilib. Elmi şurada universitetin bəzi işçilərinə elmi adlar verilib və başqa cari məsələlər müzakirə olunub.

Mətbuat və İnformasiya şöbəsi, 20 dekabr 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!