Elmi Şuranın genişləndirilmiş iclası keçirildi

03/03/2011

Bu gün Böyük Elmi Şuranın genişləndirilmiş iclası keçirildi. Rektor, akademik Abel Məhərrəmov gündəliyi elan etdi. Şura üzvlərinin gündəliyi təsdiqindən sonra iclas işinə başladı.

AMEA-nın müxbir üzvü Vasif Babazadə Baloniya prosesinə keçidlə bağlı BDU-da aparılan islahatlar kontekstində bakalavr pilləsinin lazımi metodiki vəsaitlərlə təminatı ilə  bağlı universitet kollektivinin qarşısında duran vəzifələr haqqında məruzə etdi.   Tədris işləri üzrə prorektor, professor Vüsət Əfəndiyev qış imtahan sessiyası ilə bağlı Şura üzvlərinə məlumat verdi, nəticələr təhlil edildi.

Beynəlxalq Elm və Təhsilə İnteqrasiya şöbəsinin müdiri İradə Əliyeva isə rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məlumat verdi.

Məruzələr ətrafında fikir mübadiləsi aparıldı.

İmtahan sessiyasında obyektivliyi ilə fərqlənən əməkdaşlar mükafatlandırıldı, həmçinin yubileyləri qeyd olunan müəllimlərə BDU-nun fəxri fərmanı və gül dəstələri təqdim edildi.

Mətbuat və İnformasiya şöbəsi, 03 mart 2011-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!