Elmi Şuranın genişləndirilmiş iclası keçirildi

27/05/2009

Mayın 27-də BDU-nun yeni tədris binasının Akt zalında Böyük Elmi Şurasının genişləndirilmiş iclası keçirildi. İclası açan Elmi Şuranın sədri, rektor, akademik Abel Məhərrəmov gündəlikdə duran məsələlərlə bağlı məlumat verdi. Müzakirə olunacaq məsələlərin siyahısını açıqladı.
Gündəlikdə duran birinici məsələ - 20082009-cu tədris ilinin yay imtahan sessiyasına və buraxılış Yekun Dövlət attestasiyasına hazırlığın gedişi ilə bağlı tədris işləri üzrə prorektor professor Vüsət Əfəndiyevin geniş məruzəsi dinlənildi. İmtahanın şəffaf şəkildə keçirilməsi ilə bağlı qarşıda duran vəzifələrdən və görüləcək işlərdən danışan prorektor yay imtahan sessiyasının uğurla keçirilməsi ilə bağlı məsələlərə aydınlıq gətirdi.
Sonra gündəlikdə duran digər məsələnin müzakirəsinə başlanıldı.
"Kitabxanaşünaslıq" kafedrasının müdiri professor Abuzər Xələfovun, "Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası" kafedrasının müdiri, professor Yusif Seyidovun, "Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə" kafedrasının müdiri professor Şövqi Göyçayskinin hesabatları dinlənildi.
Böyük Elmi Şuranın müzakirəsinə çıxarılan elmi adların verilməsi və cari məsələlərlə yanaşı, kafedra müdirlərinin hesabatları səsə qoyularaq qənaətbəxş hesab olundu.
BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 27 may 2009-cu il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!