Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

10/07/2012

Bu gün Bakı Dövlət Universiteti Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclası universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. Sonra 2011/2012-ci tədris ilində yay imtahan sessiyasının və buraxılış kurslarında Yekun Dövlət Attestasiyasının nəticələri, həmçinin 2011/2012-ci tədris ilində yay tədris və istehsalat təcrübələrinin keçirilməsi, yay semestrinin təşkili ilə bağlı Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor  İradə Əliyeva çıxış edib.  Daha sonra «Universitetin beynəlxalq əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri» mövzusunda  Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə prorektor, dosent Şəlalə Məmmədova məruzə edib.  Çıxışlar ətrafında kafedra müdirləri- Tofiq Hacıyev, Qara Mustafayev, Vasif Babazadə  fikirlərini  bildirib, hesabatları qənaətbəxş hesab ediblər.

İclasda elmi adların verilməsi, müsabiqənin keçirilməsi, eləcə də cari məsələlərə baxılıb.

Mətbuat və informasiya şöbəsi, 10 iyul 2012-ci il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!