Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

06/03/2012

Bu gün Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. İclası giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov gündəlikdə duran məsələləri Elmi Şura üzvlərinin diqqətinə çatdırıb. Sonra BDU-nun Tədris-Metodiki Şurasının sədri, AMEA-nın muxbir üzvü, professor Vasif Babazadə Tədris-Metodiki Şuranın hesabatını Şura iştirakçılarının nəzərinə çatdırıb. Tətbiqi riyaziyyat və kibernetika fakültəsi dekanı, AMEA-nın muxbir üzvü, professor Məhəmməd Mehdiyev və Jurnalistika fakültəsi dekanı, professor Yalçın Əlizadənin hesabatları dinlənilib.
AMEA-nın həqiqi və muxbir üzvlərinin vakant yerlərə elan edilmiş seçkilər üzrə namizədlərin irəli sürülməsi barədə elmi katib, professor Teymur İlyaslı məlumat verib və gizli səsvermə keçirilib.
Elmi Şura cari məsələlərin müzakirəsi və 8 mart beynəlxalq qadınlar günü münasibətilə universitetin bir qrup xanım əməkdaşına təşəkkür və fəxri fərmanların verilməsi ilə başa çatıb.

Mətbuat informasiya şöbəsi, 6 mart, 2012-ci il




 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!