Elmi Şuranın bu tədris ilində son genişləndirilmiş iclası keçirilib

09/07/2013

Bu gün Bakı Dövlət Universitetində Elmi Şuranın bu tədris ilində son genişləndirilmiş iclası keçirilib. Rektor, akademik Abel Məhərrəmov çıxışında Prezident İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyindən və bu sahənini inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb.

Sonra Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva 2012/2013-cü tədris ilinin yay imtahan sessiyasının nəticələri və 2012/2013-cü tədris ilində yay tədris və istehsalat təcrübələrinin keçirilməsi, yay semestrinin təşkili haqqında məruzə edib. Professor İradə Əliyevanın məruzəsi Elmi Şura üzvləri tərəfindən yüksək qyimətləndirilib.

Sonra hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin hesabatı dinlənilib.

İqtisadi və Təsərrüfat işləri üzrə prorektor, texnika elmləri üzrə fəlsəfə doktoru Nəbi Ramazanlı isə Quba Tədris-təcrübə bazasında görülən işlərin vəziyyəti haqqında məruzə edib.

Bundan başqa tədris ilinin yekunları üzrə «İlin dekanı», «İlin kafedra müdiri» və «İlin müəllimi»  müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub.

Mətbuat və İnformasiya şöbəsi, 09 iyul 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!