Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

24/10/2012

Bu gün Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasının genişləndirilmiş  iclası keçirilib. İclası açan rektor, akademik Abel Məhərrəmov gündəliyi elan edib. Yay məktəbinin təşkili və attestasiya nəticələrinin yekunu haqqında Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva geniş məruzə ilə çıxış edib. Müzakirə edilən ikinci məsələ, universitetdə və Quba tədris-təcrübə bazasında görülən təmir-tikinti işləri haqqında olub. Məruzəni iqtisadi və təsərrüfat işləri üzrə prorektor Nəbi Ramazanlı edib. Daha sonra Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadənin və Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərovun hesabatları dinlənilib. Elmi şurada universitetin bəzi işçilərinə elmi adlar verilib və başqa cari məsələlər müzakirə olunub.

Mətbuat və İnformasiya şöbəsi, 24 oktyabr 2012-ci il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!