Elmi Şurada 2013/2014-cü tədris ilinin nəticələrinə görə mükafatlandırmalar

07/07/2014

Bakı Dövlət Universitetinin Qubanın II Nügədi kəndindəki Tədris-təcrübə və istirahət mərkəzində keçirilən genişləndirilmiş Elmi Şurada 2013/2014-cü tədris ilinin nəticələrinə görə mükafatlandırmalar olub. Belə ki, «İlin ən fəal şöbə müdiri» fəxri adına Tədris elektron Mərkəzinin müdiri, professor Məlahət Qurbanova layiq görülüb. Eyni zamanda humanitar fakültələr üzrə Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev və təbiət fakültələri üzrə Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev «İlin dekanı» adını alıblar. «İlin kafedra müdiri» adı isə humanitar fakültələr üzrə Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, professor Kamil Səlimov, təbiət fakültələri üzrə isə Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri, professor Musa Bayramova verilib. «İlin müəllimi» fəxri adı ilə təltif edilənlər təbiət fakültələri üzrə Biologiya fakültəsinin Genetika və təkamül təlimi kafedrasının professoru Ellada Axundova, Humanitar fakültələr üzrə Filologiya fakültəsinin Ümumi dilçilik каfedrаsının professoru Əbülfəz Rəcəbli olub.

Mətbuat və İnformasiya şöbəsi, 07 iyul 2014-cu il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!