06/05/2013
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə universitetin Elmi Kitabxanası “Elmi kitabxana və Heydər Əliyev irsi” mövzusunda sərgi təşkil edib. Elmi Kitabxananın direktoru Sara İbrahimovanın verdiyi məlumata görə, sərgidə Heydər Əliyevlə bağlı minədək kitaba baxış keçirilib. Direktor qeyd edib ki, sərginin təşkili üçün uzun müddət ulu öndərlə bağlı materiallar toplanılıb. Sərgiyə universitetin rektoru, akademik Abel Məhərrəmov, YAP-ın icra katibi Əli Əhmədov, millət vəkilləri, o cümlədən universitetin professor-müəllim heyəti baxış keçirib və məmnun qalıblar.
Mətbuat və İnformasiya şöbəsi, 06 may, 2013-ci il.
Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir
BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə mühüm nailiyyətlərə imza atib
Məzun günümüz...
BDU-nun zahiri gözəlliyindən...
Yay sessiyası başladı!