Elbrus Ərud tələbə-jurnalistlərlə görüşüb

21/10/2015

Qafqazinfo.az xəbər portalının təsisçi və baş direktoru Elbrus Ərud Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin IV kurs tələbərinə mühazirə oxuyub. Öncə Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev qonağı salamlayaraq onlayn media rəhbərlərinin fakültə tələbələri ilə görüşünün əhəmiyyətindən danışıb. Kafedra tərəfindən tədris edilən “Sosial media” fənnində qonaq olar baş direktor jurnalistikaya gəlişindən, fəaliyyət göstərdiyi mətbuat orqanlarındakı iş təcrübəsindən bəhs edib. Qafqazinfo.az xəbər portalının yaradıcısı kimi fəaliyyətindən danışan baş direktora görə, jurnalist yaradıcı qabiliyyəti ilə yanaşı xəbərçilik bacarıqlarını da inkişaf etdirməlidir.

Tələbələr ilə müzakirə-dialoq formasında keçən görüşdə Elbrus Ərud onları maraqlandıran məqamlara toxunub.

Sonda dəvəti qəbul etdiyinə görə Baş direktora təşəkkür edən Beynəlxalq jurnalistika kafedrasının dosenti, fənn müəllimi Pərvanə İbrahimova görüşün tələbələrdə böyük maraq doğurduğunu diqqətə çatdırıb.

Görüş fakültənin təmir olunan studiyası ilə tanışlıqdan sonra başa çatıb.

Mətbuat və İnformasiya şöbəsi, 21 oktyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!