BDU ilə AMEA arasında memorandum imzalanıb

23/06/2014

Bakı Dövlət Universiteti ilə AMEA-nın akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi kimya İnstitutu arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandumda kimya elminin qarşılıqlı maraq doğuran sahələri və innovasiya istiqamətlərində elmi-tədqiqat və kadr hazırlığı sahəsində birgə iştirak, professor-müəllim heyətinin, elmi işçilərin, magistrant, tələbə və doktorantların müvafiq fakültələrdə, kafedralarda, elmi-tədqiqat laboratoriyalarında ixtisasartırma və stajkeçməsi, beynəlxalq və yerli layihə və proqramlarda birgə iştirakı, birgə elmi simpozium, seminar və konfransların təşkili, monoqrafiya, dərslik və dərs vəsaitlərinin yazılması nəzərdə nəzərdə tutulub. Memorandum çərçivəsində Bakı Dövlət Universitetinin “Ümumi və qeyri-üzvi kimya” və “Fiziki və kolloid kimya” kafedralarının M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi kimya İnstitutunun nəzdində fəaliyyət göstərən Filiallarının yaradılması barədə də müqavilə imzalanıb. Növbəti tədris ilindən başlayaraq bu filialların fəaliyyətə başlaması nəzərdə tutulub.

Mətbuat və İnformasiya şöbəsi, 23 iyun 2014-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!