“Ekoloji Menecment” mövzusunda elmi seminar təşkil edildi

07/10/2015

IDEA-nın ekoloji tədris proqramının tərkib hissəsi olaraq, 2 oktyabr tarixində IDEA İctimai Birliyinin Resurs Mərkəzində bioloji müxtəlifliyin mühafizəsi üzrə tanınmış mütəxəssis Elman Yusifovun iştirakı ilə Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq, Biologiya və Geologiya fakültələrinin tələbələri üçün “Ekoloji Menecment” mövzusunda elmi seminar təşkil edilib. Seminar zamanı iştirakçılara ətraf mühitin müxtəlif sahələri barədə maraqlı məlumatlar çatdırılıb.

Seminar çərçivəsində, həmçinin Elman Yusifovun həm-müəllifi olduğu “Ekoloji Menecment” adlı iki cildlik dərs vəsaitinin təqdimatı da keçirilib. Qeyd olunmalıdır ki, sözsügedən kitab Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əlievanın baş redaktorluğu ilə nəşr edilib.

Kitabda ətraf mühitin bütün sahələri, o cümlədən eko-sistemlər, biomüxtəliflik, hüquqi tənzimlənmə, müasir dünyada müşahidə olunan qlobal ekoloji problemlər və onların həlli yolları, beynəlxalq təcrübə və s. barədə elmi araşdırmalar əks olunub. Bu kitab ətraf mühit, ekologiya və davamlı inkişaf sahələrində təhsil alan tələbələr üçün faydalı dərs vəsaiti olmaqla yanaşı, qeyd olunan sahələrdə çalışanlar üçün stolüstü kitab kimi də xüsusi əhəmiyyət daşıyır.

İnteraktiv şəraitdə keçirilən seminarda gənclər ətraf mühitin mühafizəsi ilə bağlı onları maraqlandıran mövzularda peşəkarla bilavasitə müzakirə aparmaq imkanı əldə ediblər.

Tədbirin sonunda IDEA İctimai Birliyi tərəfindən iştirakçılara iki cildlik “Ekoloji Menecment” kitabları hədiyyə edilib.

IDEA İctimai Birliyi Respublikamızın digər ali təhsil müəssisələrin tələbələri üçün də oxşar seminarlar təşkil edəcəkdir.

Mətbuat və informasiya şöbəsi, 07 oktyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!