Ekoloji kimya kafedrasının müəllimləri dərs vəsaitləri çapdan cıxıb

23/02/2017

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının əməkdaşları: professorlar S.R.Hacıyeva, N.T.Şəmilov, dosentlər F.E.Hüseynov, T.İ.Əliyeva, Ü.N.Rüstəmova, müəllimlər Z.T.Vəliyeva, A.A.Səmədova, Ekologiya və təbii sərvətlər nazirliyinin əməkdaşı C.Z.Səmədov tərəfindən tərtib olunmuş bakalavr pilləsi üçün üç dildə (ingilis, rus, azərbaycan) “Tətbiqi ekologiyadan praktikum” və  magistratura pilləsi üçün “Роль химических элементов в биосфере” adlı dərs vəsaitləri çapdan çıxıb.

“Tətbiqi ekologiya” fənninə dair praktikum müxtəlif çirkləndiricilərin ətraf mühitə təsiri və onların müasir fiziki-kimyəvi analiz metodları ilə tədqiqinə aid mühüm məlumatların və ümumiləşdirmələrin əsasında tərtib olunub. Praktikum universitetlərin bakalavr pillələrində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Dərs vəsaitindən, müəllimlər, doktorantlar və elmi işçilər də faydalana bilərlər.

“Роль химических элементов в биосфере” adlı dair dərs vəsaiti isə  ekologiya və təbiətdən istifadədən bəhs edir. Fundamental xarakter daşıyan bu vəsaitdə biosfer və onun quruluşu, kimyəvi elementlərin biosferdə rolu, ətraf mühitin çirklənməsi və digər aktual problemlər əksini tapıb. Dərs vəsaiti ekologiya, təbiətdən səmərəli istifadə istiqamətləri üzrə təhsil alan magistrantlar, ali məktəb tələbələri, həmçinin ekologiji problemlər və onların həlli məsələrinə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mətbuat və informasiya şöbəsi, 23 fevral 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!