Ekologiya və Torpaqşünaslıq Fakultəsində Həmkarlar İttifaqı Komitəsi yaradılıb

21/11/2011

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və Torpaqşünaslıq Fakultəsində Həmkarlar İttifaqı Komitəsinin (HİK) təsis iclası keçirilib. Tədbiri açan BDU Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev universitetin tarixindən danışıb, fakültə HİK-in əhəmiyyətini qeyd edib. F.Şiriyevin sözlərinə görə, bu komitələr universitetin əməkdaşları və onun rəhbərliyi arasında müəyyən sosial məsələlərin həllində, istirahət və asudə vaxtının səmərəli keçirilməsində körpü rolunu oynamalıdır. Ekologiya və Torpaqşünaslıq Fakültəsinin dekanı, dosent Nazim Şamilov HİK üzvlüyünə namizədlər təklif edib: Akif Orucov, Ramiz Tahirov, Fətəli Hüseynov, Firuz Sultanzadə, Günel Abdullayeva, Akif Orucovun namizədliyi həm də HİK sədri vəzifəsinə irəli sürülüb. Açıq səsvermə ilə HİK üzvləri və sədri seçilib. Tədbirin sonunda F.Şiriyev Ekologiya və Torpaqşünaslıq Fakultəsinin HİK üzvlərini təbrik edib, onlara uğurlar arzulayıb. Tədbirdə fakültənin mərhum müəllimi Nadir Mikayılovun xatirəsi yad edilib.

Mətbuat və İnformasiya Şöbəsi, 21 noyabr 2011-ci il

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!