Ekologiya və torpaqşünaslıq fakültəsinin təntənəli açılışı oldu

03/03/2011

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən elan edilmiş «Ekologiya ili» çərçivəsində ölkə ali təhsil sistemində ilk olaraq bu gün Bakı Dövlət Universitetində bu ali təhsil ocağının rektoru, akademik Abel Məhərrəmov, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov və digər rəsmi qonaqların iştirakı ilə Ekologiya və torpaqşünaslıq fakültəsinin təntənəli açılış mərasimi keçirildi. Eyni zamanda «Ekoloji monitorinq» üzrə elmi-tədris laboratoriyasının, «Ekoloji kimya və ətraf mühitin mühafizəsi» elmi-tədqiqat laboratoriyasının və  kompyuter otağının da açılışı oldu.

Açılış mərasimində çıxış edən rektor, akademik Abel Məhərrəmov tədbiri açaraq, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışdı, yeni fakültə və laboratoriyaların əhəmiyyətini diqqətə çatdırdı. Bildirdi ki, Ekologiya və torpaqşünaslıq fakültəsi fəaliyyətdə olan müvafiq kafedralar əsasında yaradılıb. Yeni yaradılmış  və müasir avadanlıqlarla təchiz olunmuş fakültədə bakalavr pilləsi üzrə 3 ixtisas - “Ekologiya”, «Torpaqşünaslıq və aqrokimya», «Yer quruluşu, torpaq və şəhər kadastrı» ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov da çıxış edərək yeni yaradılmış fakültənin əhəmiyyətindən bəhs etdilər və universitetin Təkamül-təlimi muzeyinə dəyərli hədiyyələr təqdim etdilər.

Rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin əməkdaşları və tələbələrində ekoloji təsəvvürlərin daha da genişləndirilməsindəki xidmətlərinə və elmin, təhsilin inkişafına göstərdiyi qayğıya görə Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırova, torpaqşünaslıq, kadastr elminin, ekoloji biliklərin daha da inkişafındakı xidmətlərinə və  elmə, təhsilə göstərdiyi qayğıya görə Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova «Universitetin dostu» mükafatını təqdim etdi.

Mətbuat və İnformasiya şöbəsi, 03 mart 2011-ci il.

(Material modern.az, 1news.az, APA, trend.az, SİA,  lent.az, modern.az, qaynar.info, azxeber.com, news.mail.ru, day.az, azadinform.az, qafqazinfo.az, SalamNews, novosti.az, AZE.az, news.rambler.ru  informasiya agentliklərində və xəbər portallarında, "Azərbaycan" ,"Xalq qəzeti”, "Respublika", "Yeni Azərbaycan", "Ekspress", "525-ci qəzet", "Yeni Müsavat", "İki sahil", "Zerkalo", "Komsomolskaya pravda", "CBN Extra" qəzetlərində də yayımlanıb - 03-04 mart 2011-ci il).

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!