Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri olimpiada qalibi olublar

18/05/2016

Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və "Jalal-1" Tədris Mərkəzinin təşkilatı dəstəyi ilə "Gənc Ekoloqlar" olimpiadası keçirilib. Olimpiada doqquz ali təhsil müəssisəsinin tələbələri arasında keçirilib. Bakı Dövlət Universiteti Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələrindən ibarət komanda olimpiadanın qalibi olub. Qalib komandanın üzvlərinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təcrübə proqramı, Tədris Mərkəzi tərəfindən isə ödənişsiz ingilis dili və kompüter kursları hədiyyə edilib. Sonda olimpiadanın qalibləri diplomlarla təltif olunub.

Mətbuat və informasiya şöbəsi, 18 may 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!