Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri buraxılış işlərini müdafiə etdi

23/06/2016

Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin buraxılış işlərinin müdafiəsi keçirilib. Müdafiədə  Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı,  professor Nazim Şəmilov, buraxılış işlərinin rəhbərləri və digər müəllimlər iştirak edib. Tələblərin çıxışları dinlənilib və Buraxılış komissiyasının sədri, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, AMEA-nın müxbir üzvü Novruz Quliyev tələbələrin tədqiqatını və hazırlıqlarını yüksək qiymətləndirib.  21 tələbə buraxılış işini təqdim edib, bakalavr diplomu almağa layiq görülüb.

Mətbuat və informasiya şöbəsi, 23 iyun 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!