Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı keçirilib

23/11/2017

Ekologiya və torpaqşünaslıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin “Torpaq və biz” mövzusunda növbəti elmi seminarı keçirilib. Seminarda III kurs tələbəsi Əli Sədiyev “Ətraf mühitin  çirklənməsi və ona qarşı mübarizə tədbirləri ”, III kurs tələbəsi Mehrac Maqsudlu “Torpaq haqqında bilmədiklərimiz” və IV kurs tələbəsi Fəqan Umarov “İnsanın ətraf mühitə təsirinin öyrənilməsində və kadastrın yaradılmasında CİS-in rolu” mövzularında məruzə ilə çıxış ediblər. Fakültənin dekanı, professor Nazim Şəmilov, Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva, Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent Leyli Kərimova, Bioekologiya kafedrasının dosenti Məhluqə Yusifova, Yerquruluşu və kadastr kafedrasının əməkdaşları, dosent Azər Cəfərov, a.e.f. Qismət Xanbabayev və fakültənin elmi işlər üzrə dekan müavini, dosent Fətəli Hüseynov seminarın işində iştirak ediblər. Məruzələr Tələbə Elmi Cəmiyyətinin üzvləri tərəfindən maraqla qarşılanıb, mövzular ətrafında müzakirələr aparılıb.

Mətbuat və informasiya şöbəsi, 23 noyabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!