19/09/2012
Ekologiya və torpaqşünaslıq fakültəsinin rəhbərliyinin ekologiya ixtisası üzrə I kursa qəbul olunmuş tələbələrlə görüşü keçirilib. Görüşü dekan, dosent Nazim Şəmilov açaraq, fakültənin yaranma tarixi, strukturu və fəalyyəti barədə geniş məlumat verib. Sonra söz kafedra müdirlərinə - coğrafi ekologiya kafedrasının müdiri, professor Şövqi Göyçaylı, ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva və bioekologiya kafedrasının müdiri, professor Nərminə Sadıqovaya verilib. Onların hər biri müvafiq kafedranın fəaliyyəti, tədris olunan fənlər və elmi istiqamətlər barədə tələbələrə ətraflı məlumat veriblər.
Mətbuat və informasiya şöbəsi, 19 sentyabr 2012-ci il.
Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir
BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə mühüm nailiyyətlərə imza atib
Məzun günümüz...
BDU-nun zahiri gözəlliyindən...
Yay sessiyası başladı!