19/03/2012
Bakı Dövlət Universitetində (BDU) universitetin Ekologiya və Torpaqşünaslıq fakültəsinin yaradılmasının ildönümü qeyd olunub. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov fakültənin bir illik fəaliyyətini yüksək qiymətləndirib, onun müəllim və tələbələrini təbrik edib. Daha sonra rektor tələbələr arasında "Ən əziz müəllim", "Ən yaxşı tələbə" və "Ən fəal tələbə" üzrə keçirilmiş sorğunun qaliblərini diplomlarla təltif edib. "Ən əziz müəllim" nominasiya üzrə Sevinc Hacıyeva, Nərminə Sadıqova, Fətəli Hüseynov, Təranə Əliyeva, Suraxanım Məmmədova, Cəsarət Şabanov, Zemfira Mustafayeva, Günel Abdullayeva, Teymur Nizamzadə, Akif Orucov və Elnur Nəsirov fərqləniblər. Fakültənin "Ən yaxşı tələbəsi” sırasına Aşurey Şabanova, Elnarə Cəfərli, Nübar Nəzərli, Əfqan Noçuyev və Nadir İnsanov daxil olublar. «Ən fəal tələbə» isə Orxan Əlirzayev hesab edilib.
Daha sonra fakültənin dekanı dosent Nazim Şamilov çıxış edib. Tədbir konsert proqramı ilə davam etdirilib.
Mətbuat və İnformasiya şöbəsi, 19 mart, 2012-ci il.
![]() |
![]() |
![]() |
![]() |
Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir
BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə mühüm nailiyyətlərə imza atib
Məzun günümüz...
BDU-nun zahiri gözəlliyindən...
Yay sessiyası başladı!