Ekologiya və torpaqşünaslıq fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib

23/12/2015

Ekologiya və torpaqşünaslıq fakültəsi Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda fakültə Tədris-Metodiki Şurasının (TMŞ) illik hesabatı və kafedralar üzrə 2015-ci təqvim ilində yerinə yetirilən elmi işlərin hesabatı dinlənilib. Birinci məsələ üzrə fakültə TMŞ-nın sədri, dosent A.Hüseyinli məlumat verib. Müzakirələrdə BDU TMŞ-nın üzvü, professor M.Məmmədov da iştirak edib.

İkinci məsələ üzrə fakültə dekanı, professor N.Şəmilov məlumat verdikdən sonra kafedralar üzrə hesabatlar dinlənilib. Coğrafi ekologiya kafedrasının müdiri , professor Ş.Göyçaylı, Bioekologiya kafedrasının müdiri, professor N.Sadıqova, Yerquruluşu və kadastr kafedrasının müdiri, dosent T.Nizamzadə, Ekoloji kimya kafedrasının müdir müavini, dosent A.Hüseyinli, Torpaqşünaslıq kafedrasının müdir müavini, dosent C.Şabanov və Ekolji kimya və ətraf mühitin mühafizəsi ETL böyük elmi işçisi k.e.n. F.Bəhmanova 2015-ci təqvim ilində görülən işlərdən danışıblar. İclasada BDU rəhbərliyinin əmri ilə Elmi hesabatların müzakirəsi üçün yaradılmış komissiyanın üzvləri - professorlar O.Əkbərov və X.Abdullayev iştirak ediblər. Hər iki hesabat Elmi Şura üzvləri tərəfindən qənaətbəxş qiymətləndirilib.

Mətbuat və informasiya şöbəsi, 23 dekabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!