Ekologiya və torpaqşünaslıq fakültəsinin dosenti Moskvada təltif olunub

19/12/2014

Bu günlərdə Moskva şəhərində Elmi və yaradıcı gənclərin IX Beynəlxalq Forumu keçirilib. MDB ölkələrindən, o cümlədən Azərbaycan Respublikasından 300-ə yaxın nümayəndənin dəvət olunduğu tədbir iştirakçı dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilib. Tədbirin gedişində iştirakçılar özlərinin gənc kolleqalarını - “Содружество дебютов» mükafatının laueratlarını təbrik ediblər. Qeyd edək ki, bu mükafat 2008-ci ildə təsis olunub və hər il təşkilatçıların müəyyən etdiyi humanitar sahənin gənc mütəxəssisləri təltif olunur.

Bu il həmin mükafat ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən gənc mütəxəssislərə verilib. Sevindirici haldır ki, mükafatın builki laureatları arasında BDU-nun ekologiya və torpaqşünaslıq fakültəsinin dosenti, biologiya elmləri namizədi Akif Orucov da olub.

Mətbuat və informasiya şöbəsi, 19 dekabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!