Ekologiya və torpaqşünaslıq fakültəsində konfrans

07/05/2015

Bakı  Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq  fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş  doktorant, dissertant və magistrantların IV respublika elmi-praktiki konfransı keçirilib. Konfransı giriş sözü ilə universitetin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə açaraq, onun işinə uğurlar arzulayıb. Ekologiya və torpaqşünaslıq fakültəsinin  dekanı, professor Nazim Şəmilov çıxış edərək konfransın gündəliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.  Konfrans məruzə və çıxışlarla davam etdirilib.

Mətbuat və informasiya şöbəsi 07 may 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!