Ekologiya və torpaqşünaslıq fakültəsində konfrans

14/10/2011

Bu gün Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci illiyinə həsr edilmiş “Tətbiqi ekologiyanın problemləri” mövzusunda elmi-metodik konfrans keçirilib. Konfransı giriş sözü ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə respublikamızın müstəqilliyini əldə etməsindən sonra dövlətin ekoloji problemlərə daha böyük diqqət və qayğı göstərdiyini bildirib. Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva isə dünyanın, xüsusilə də Azərbaycanın qarşılaşdığı ekoloji problemlərdən danışıb. Daha sonra Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, dosent Nazim Şəmilovun sədrliyi ilə davam edən konfransda coğrafi ekologiya kafedrasının müdiri, professor Şövqü Göyçaylı danışıb. Professor son zamanlarda ekologiyanın Azərbaycanda artıq  bir elm kimi formalaşdığını deyib və respublikanın elmi-metodik mərkəzi kimi tanınan BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin gördüyü işlərdən söhbət açıb. Professor Rövşən Xəlilov isə “Radioekoloji problemlər” mövzusunda məruzə edib və problemin Azərbaycandakı miqyası haqqında danışıb. Konfrans öz işini bölmələr üzrə davam etdirib.

Mətbuat və informasiya şöbəsi, 14 oktyabr 2011-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!