Ekologiya və torpaqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

12/12/2017

Bakı Dövlət Universiteti Ekologiya və torpaqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Əvvəlcə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fakültənin dekan müavini Cəsarət Şabanov ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi tarixi xidmətlərindən, Azərbaycan elm-təhsilinə, o cümlədən Bakı Dövlət Universitetinə qayğısından bəhs edib. Daha sonra Ümummilli liderin Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu olduğunu vurğulayan BDU Tələbə Gənclər Təşkilatının sədri İsmayıl Kərimov onun universitetin yubileylərinin keçirilməsinə göstərdiyi diqqəti xüsusilə qeyd edib.
Sonra fakültənin müəllimləri Məhluqə Yusifova ulu öndərin Ekoloji problemlərə və onların həllinə xüsusi qayğı ilə yanaşdığından, bu istiqamətdə görülən işlərdən, Kənan Hüseynov və fakültənin 4-cü kurs tələbəsi Nahid Yarıyev isə torpaq islahatlarının həyata keçirilməsində əvəzsiz rolundan danışıblar. Çıxış edənlər dünya miqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin Azərbaycan tarixindəki önəmli siyasətindən, reallaşdırdığı layihələrdən və Prezident İlham Əliyevin həmin siyasətin uğurlu davamçısı olmasından bəhs ediblər. 
Sonda Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Nazim Şəmilov ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb və Tələbə Gənclər Təşkilatına tədbirin təşkilatçılığına görə təşəkkürünü bildirib.

ecosoil.bsu.edu.az

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!