"Ekologiya hüququ" adlı kitabı işıq üzü görüb

25/04/2016

Bakı Dövlət Universitetindən  Hüquq fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Daşqın Qənbərovun yeni dərs vəsaiti  işıq üzü görüb. Dərs vəsaiti Təhsil Nazirliyi tərəfindən bakalavr təhsil pilləsi üçün təsdiq olunmuş “Ekologiya hüququ” kursunun proqramına uyğun olaraq Azərbaycan Respublikasının qüvvədə olan ekoloji qanunvericiliyini və onun tətbiqi təcrübəsi nəzərə alınmaqla tərtib edilib.

Kitabda ekologiya hüququnun predmeti, metodu, sistemi, mənbələri, prinsipləri, ekoloji-hüquqi məsuliyyət, ekologiya sahəsində hüquq münasibətləri, təbiət obyektləri üzərində mülkiyyət hüququ və s. məsələlər təhlil edilir.

Dərs vəsaiti Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr, həmçinin bu sahə ilə maraqlananlar üçün faydalıdır.

Qeyd edək ki, Daşqın Qənbərovun “Beynəlxalq ekoloji standartlar insan hüquqları kontekstində" adlı kitabının da təqdim olunub.

Mətbuat və informasiya şöbəsi, 25 Aprel 2016-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!