“Effektiv ünsiyyət texnikaları” və “Virus hepatitlərindən qorunma yolları” mövzusunda seminar

17/11/2016

Bakı Dövlət Universitetində “Effektiv ünsiyyət texnikaları” və “Virus hepatitlərindən qorunma yolları” mövzusunda tələbələr üçün tibbi-psixoloji seminar keçirilib. Psixoloq Ramil Nəcəfli və hepatoloq-qastroenteroloqu Aqil Ağakişiyevin iştirakı ilə keçirilən görüşü BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qəmbərov açaraq psixoloji faktorların gənclərimizin həyatında göstərdiyi təsirdən və düzgün ünsiyyət texnikalarına sahib olmaqla bağlı əldə edəcəkləri faydalara toxunub, gənclərin tibbi-psixoloji maarifləndirilməsinin aktuallığından bəhs edib. Tədbirdə çıxış edən hepatoloq-qastroenteroloq Aqil Ağakişiyev virus hepatitlərindən, hepatit C virusunun yayılması yolları, profilaktikası və müalicəsi yollarından danışıb. Psixoloq Ramil Nəcəfli effektiv ünsiyyət  texnikalarından, o cümlədən düzgün tənqidetmə metodu olan “Sendviç” modeli barədə tələbələrə məlumat verib. Onun sözlərinə görə, “Sendviç” adıverilən bu modeli bildikdə həyatımız və münasibətlərimiz xeyli asanlaşır. Bu kimi effektiv ünsiyyət modelləri gündəlik şəxsi və iş həyatımızda hər birimizin işinə yarıyacaq texnikalardır. BDU THK-in sədri Daşqın Qəmbərov yekun olaraq vurğulayıb ki, Bakı Dövlət Universiteti hər zaman tələbələrin tədrisdən kənar şəxsi bilik və bacarıqlarının artırılmasıməqsədilə vaxtaşırı müxtəlif tədbirlər həyata keçirilir.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 17 noyabr 2016-cı il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!