E L A N

17/06/2014

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu  Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə Elmin İnkişafı Fondunun xüsusi layihələrinin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2014-cü ildə 5-ci “Mobillik qrantı” müsabiqəsini (EİF-Mob-5-2014-2(17)) élan edir. Müsabiqədə iştirak etmək üçün ərizələr, ərizəyə əlavə olunan müvafiq sənədlər və digər müşayiətedici materiallar 2014-il 17 iyun tarixindən başlayaraq qəbul olunur. Müsabiqədə iştirak etmək üçün ərizələrin, ərizəyə əlavə olunan müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu üçün son tarix 2014-cü il 31 iyul saat 17:00-dır.

Qrantların verilməsi üzrə müsabiqədə iştirak etmək üçün ərizə və müvafiq sənədlər (Microsoft Word formatında) Elmin İnkişafı Fondunun internet saytının (http://sdf.gov.az/qrant/senedler/index.html) “Qrant müsabiqələri” bölməsindən əldə edilə bilər.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!