Dövlət qulluğuna qəbulla bağlı tələbələrlə görüş keçirilib

29/11/2013

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn və həmin şöbənin baş məsləhətçisi Nərmin Mirzəyeva Bakı Dövlət Universitetində bu il məzun olacaq bakalavr və magistrlərlə görüş keçiriblər.
Tədbiri giriş sözü ilə açan Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev görüşün keçirilməsində əsas məqsədin builki bakalavr və magistrləri dövlət qulluğuna qəbul qaydaları ilə tanış etməkdən ibarət olduğunu bildirib.
A.Hüseyn tələbələrə Komissiyanın yaranması, məqsədi və fəaliyyəti, qarşısında duran vəzifələri, gördüyü işlər, dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar, Komissiyanın əldə etdiyi nailiyyətlər, şəffaflıq və açıq müsabiqəyə əsaslanan dövlət qulluğuna qəbul sistemi, dövlət qulluğunda mövcud olan standartlar barədə məlumat verib.

Qeyd edək ki, 2007-2013-ci illərdə dövlət qulluğunda BDU-nun 936 bakalavrı və 182 magistrı işlə təmin edilib və bu göstəriciyə görə BDU Azərbaycan ali məktəbləri arasında liderdir.
Daha sonra çıxış edən Nərmin Mirzəyeva bu ilki məzunların Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 95 dövlət orqanı üzrə 1046 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş müsabiqələrdə iştirak etmə imkanlarını açıqlayıb. Natiq eyni zamanda dövlət qulluğuna qəbulun şərtləri, “onlayn” qeydiyyatın aparılması, vəzifə seçimi zamanı hansı məsələlərə diqqət yetirilməsi, ixtisas uyğunluğu və tələbi, vəzifə seçərkən vəzifəyə qoyulan staj tələbi, sənədlərin hansı formada təqdim olunması barədə məlumat verib.
Tədbirdə gələcək məzunlara “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti”, “Dövlət qulluğuna qəbul”, “Dövlət qulluğuna qəbul zamanı düzgün vəzifə seçimini necə etməli?” və “Dövlət qulluğuna müsabiqə əsasında qəbul” mövzularını əhatə edən bukletlər təqdim olunub. İştirakçılar tərəfindən maraqla qarşılanan
təqdimatın sonunda komissiya üzvlərinə ünvanlanmış suallar ətraflı cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 29 noyabr 2013-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!