Dövlət qulluğuna qəbulla bağlı bu il məzun olacaq tələbələrlə görüş keçirilib

17/05/2013

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin əməkdaşları Bakı Dövlət Universitetində bu il məzun olacaq tələbə və magistrlarla görüşüblər.
Görüşün keçirilməsində məqsəd tələbələri dövlət qulluğuna qəbul qaydaları ilə tanış etmək, dövlət qulluğuna qəbulun şəffaf və obyektiv keçirilməsi ilə bağlı məlumatlandırmaq olub.
Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin əməkdaşları görüşlərdə iştirakçılara Komissiyanın məqsəd və funksiyaları, fəaliyyəti və qarşısında duran vəzifələri, dövlət qulluğu sahəsində aparılan islahatlar, dövlət qulluğuna qəbulla bağlı tətbiq olunan yeniliklər barədə məlumat vermiş, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında keçirilməsi şərtlərini və indiyə kimi keçirilən müsabiqələrin statistik göstəricilərini özündə əks etdirən təqdimatlarla çıxış ediblər.

Məlum olub ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya 2007-2012-ci illər ərzində 4000-dən artıq BDU tələbəsi müraciət edib, onlardan 700 nəfəri müsabiqədən keçərək, yüksək balla işə qəbul ediliblər.
Görüşün sonunda Komissiyanın əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırmışlar.

Mətbuat və İnformasiya şöbəsi, 17 may, 2013-cü il.

 


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!