Dünya şöhrətli riyaziyyatçı Əşrəf Hüseynovun 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi

26/10/2007

25 oktyabr 2007-ci il tarixdə Bakı Dövlət Universitetinin (BDU) böyük akt zalında dünya şöhrətli riyaziyyatçı, Əməkdar elm xadimi, Əməkdar müəllim, akademik Əşrəf Hüseynovun 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, Millət vəkili, akademik Abel Məhərrəmov AR Prezidenti cənab İlham Əliyev tərəfindən ziyalılara, elm sahəsində çalışanlara, təhsil işçilərinə daim böyük qayğı göstərildiyini vurğuladı. O, BDU-da mütəmadi olaraq Azərbaycanın elm aləminə böyük töhfələr vermiş alimlərin yubileylərinin qeyd olunduğunu söylədi: “Görkəmli riyaziyyatçı Əşrəf Hüseynovun Azərbaycanda yaratdığı riyazi mühit fizika-riyaziyyat elmlərinin inkişafında, bu sahədə milli kadrların yetişməsində böyük rol oynayır".

A.Məhərrəmov universitetdə Əşrəf Hüseynov təqaüdünün təsis ediləcəyini, həmçinin alimin barelyefinin hazırlanmasının planlaşdırıldığını da vurğuladı.

BDU-nun mexanika-riyaziyyat fakültəsinin dekanı, prof. Nizaməddin İsgəndərov akademik Ə.Hüseynovun həyatı və elmi-pedaqoji fəaliyyəti haqqında danışaraq onun sinqulyar inteqrallar və sinqulyar tənliklər, harmonik analiz sahəsində böyük mütəxəssis olduğunu bildirdi. “Alimin rəhbərliyi altında 50-dən artıq namizədlik və doktorluq dissertasiyası müdafiə olunub".

AR təhsil naziri professor Misir Mərdanov alimin riyaziyyat elminə verdiyi töhfələrdən danışaraq onun nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da böyük nüfuz və hörmət sahibi olduğunu qeyd etdi.

Daha sonra akademiklər Akif Hacıyev, Maqsud Əliyev və Cəlal Allahverdiyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov alimlə bağlı xatirələrini bölüşdülər.

Alimin qızı f.-r.e.d. Dilarə Hüseynova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.

“Xalq qəzeti”, 26 oktyabr 2007-ci il.

 

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!