Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarına həsr edilmiş tədbir keçirilib

31/12/2010

Bu gün Bakı Dövlət Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini bildirib. O, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi qeyd olunmasında ulu öndər Heydər Əliyevin tarixi rolunu xatırladıb, milli birlik və həmrəyliyin əhəmiyyətini xüsusilə qeyd edib.
Akademik Abel Məhərrəmov 2010-cu ildə ölkəmizin bütün sahələrdə uğurlar əldə etməsindən, dünyanın qabaqcıl dövlətinə çevrilməsindən, çox ciddi siyasi və iqtisadi uğurlara imza atmasından danışıb. Dünya Azərbaycanlılarını birliyə, həmrəyliyə qovuşduran ümummilli lider Heydər Əliyevin ideyalarının əbədi yaşayacağını vurğulayan akademik Abel Məhərrəmov bildirib ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya dövlətləri arasında söz sahibinə çevrilir ki, bütün bunlar xaricdə yaşayan soydaşlarımız arasında birliyin daha da güclənməsinə, təşkilatlanmasına böyük təkan verir.
Rektor hər iki bayram münasibətilə müəllim və tələbələri təbrik edib, uğurlar arzulayıb.
Sonra Yeni Azərbaycan Partiyasına qəbul olunmuş BDU-nun bir qrup əməkdaşına YAP-ın vəsiqələri təqdim edilib.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 31 dekabr 2010-cu il.
(Material AzərTAc, APA, SİA, Modern.az informasiya agentlikləri və xəbər portallarında, “Azərbaycan”, “Respublika”, “Yeni Azərbaycan” qəzetində də yayımlanıb – 28-30 dekabr 2010-cu il).


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!