Diplomatik missiyası başa çatan səfir BDU-da olub

08/10/2015

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov  Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Suk İn ilə görüşüb. Rektor Abel Məhərrəmov koreyaşünaslıq ixtisasının tədrisi, indiyədək bu ixtisas üzrə məzun olmuş mütəxəssislərin Koreyanın müxtəlif universitetlərində təcrübə keçmələri, səfirliyin dəstəyi ilə təşkil olunmuş müsabiqələr barədə söhbət açıb və bütün bu işlərin həyata keçirilməsində səfir Çoi Suk İnin böyük dəstəyini qeyd edib.

Səfir Çoi Suk İn, öz növbəsində, diplomatik fəaliyyətinin başa çatması ərəfəsində BDU-ya dəvət edildiyi üçün rektora təşəkkür edərək, universitetlə bağlı xoş xatirələrini bölüşüb. O, Koreya dövlət proqramlarına əsasən, hər il 10 azərbaycanlı tələbənin bakalavr, magistr və fəlsəfə doktoru üzrə Seulda təhsil almalarından və həmin proqramlarda BDU tələbələrinin iştirakından bəhs edib.

Səfir Azərbaycan ilə Koreya arasında elm, təhsil sahəsində əlaqələrin  gələcəkdə də uğurla davam edəcəyinə ümidvar olduğunu söyləyib.  Qeyd edək ki, görüşdə səfir müşaviri Tae Yun Youl və  BDU-nun uzaq şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, dosent Oqtay Cəlilbəyli də iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 08 oktyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!