“Dini radikalzmə qarşı mübarizə” mövzusunda elmi-praktik konfrans

10/03/2015

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində professor-müəllim heyəti, magistrantlar və tələbələrin iştirakı ilə “Dini radikalzmə qarşı mübarizə”mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə fakültənin dekanı, professor Zeynal Həsənalıyev açaraq onun əhəmiyyətindən danışıb. Mövzunun təsadüfi seçilmədiyini vurğulayan dekan bilidirb ki, din adı altında gizlənərək insanlığa yaraşmayan qəddarlıqla cəmiyyətə qənim kəsilən radikallara qarşı mübarizə aparmaq həmişəkindən daha çox vacibdir. Dekan qeyd edib ki, öz məkrli niyyətlərini din ilə pərdələyən üzdəniraq “dindarlar” müasir dövrdə cəmiyyətin ən böyük bəlasıdır.
Professor Ağalar Abbasbəyli də mövzunun son dərəcə aktual olduğunu diqqətə çatdırıb, gənclərimizi yad təsirlərdən qorumaq üçün qüvvələrimizin səfərbər olunmasının vacibliyini diqqətə çatdırıb.
Çıxışlar zamanı magistrant və tələbələr mövzu ilə bağlı öz düşüncələrini bölüşüblər.

Mətbuat və İnformasiya şöbəsi, 10 mart 2015-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!