Dayanıqlı İnkişaf Məqsədləri üzrə Beynəlxalq Elmi Konfransın ilk təqdimatı Bakı Dövlət Universitetində baş tutub

25/09/2017

24-25 noyabr, 2017-ci il tarixində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Qlobal Saziş Azərbaycan Şəbəkəsi, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası  və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Azərbaycanda Dayanıqlı  İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində işlərin uğurla davam etdirilməsinə dəstək  üçün  “Dünyamızın transformasiyası: Dayanıqlı  İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində  elmin  rolu” adlı beynəlxalq elmi konfrans təşkil olunacaq. Beynəlxalq Konfransda,  xüsusilə universitetlər, hökumətlər, şəhərlər və dövlət qurumları arasında davamlı inkişaf məqsədləri ilə  məşğul olan bütün milli və beynəlxalq öncüllərin   təhlil və müzakirəsi üçün beynəlxalq səviyyədə bir tədbir təşkil ediləcəkdir. 2 gün ərzində tədbir iştirakçıları Dayanıqlı  İnkişaf Məqsədlərlə bağlı  yaranan  çətinliklər ətrafında müzakirələri aparmaq,  müxtəlif sahələrdən olan mütəxəssisləri dinləmək və ideyaları, təcrübələri və gözləntiləri bölüşmək üçün görüşəcəkdir. Bu  müzakirələr zamanı bilik, elmi inkişafın, yerli və qlobal arenaların qarşılıqlı münasibətlərinin yaranmasına  xüsusi diqqət yetiriləcək.

Ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyalarının Dayanıqlı  İnkişaf Məqsədləri ilə uzlaşdırılmasının təmin edilməsi olduğunu və yerli mütəxəssislər,  elmi-araşdırmacıların  konfransda iştirakını  daha geniş təmin etməyi  nəzərə alaraq, Təşkilat Komitəsi  bir sıra ali təhsil ocaqlarımızda  rəsmi konfrans  təqdimatlarının keçirilməsinə start verib. İlk rəsmi təqdimat Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə təşkil olunub.

Tədbirdə çıxış edən Komitə sədri Daşqın Qənbərov, Beynəlxalq Konfransın Təşkilat Komitəsinin sədri Xəyalə Məmmədova və “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini Fərda İmanov çıxış edərək, cəmiyyətin davamlı inkişafa, sosial bərabərsizliyin azaldılmasına, yerli və qlobal səviyyədə  yaşayış şəraitinin  yaxşılaşdırılmasına dair qlobal transformasiyaya ehtiyacı olduğunu və “Dünyamızın transformasiyası: Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin  rolu” adlanan beynəlxalq elmi konfrasın  əsas məqsədinin yoxsulluq və qeyri-bərabərliyin ləğvi, təbii resurslardan səmərəli istifadə və ətraf mühitin qorunması kimi problemlərin həlli, bunun üçün insan potensialının formalaşdırılması, bilik və texnologiyaların və s. intensiv ötürülməsinə yönəlik 17 məqsəd əsasında  davamlı inkişaf edən cəmiyyət qurulması istiqamətinə və səfərbər edilməsinə elmi yanaşma olduğunu qeyd ediblər. Fərda İmanov, eyni zamanda, “Azərsu” ASC-nin bu istiqamətdə gördüyü yerli və beynəlxalq səviyyəli işlər haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Görüşün sonunda tədbir iştirakçılarının sualları cavablandırılaraq, təqdimatla bağlı fikir mübadiləsi aparılıb.

Mətbuat və informasiya şöbəsi, 25 sentyabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!