Coğrafiya fakültəsində Respublika elmi konfransı keçirilib

16/12/2015

Coğrafiya fakültəsində “Coğrafiya: nəzəriyyə, praktika və innovasiya” mövzusunda Respublika elmi konfransı keçirilib. Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvi Aydın Kazımzadə tədbiri açaraq müasir coğrafiya sahəsində prioritet məsələləri üzə çıxarmaq, tətbiq istiqamətlərini araşdırmaq, aparılan elmi-tədqiqat işlərinin keyfiyyətini daha da yüksəltmək və əldə olunan elmi nəticələri müzakirə etmək məqsədilə keçirilən konfransı yüksək qiymətləndirib. Coğrafiya fakültəsinin dekanı, professor Fərda İmanov coğrafiya elmi sahəsində nəzəriyyənin mövcud vəziyyəti barədə fikirlərini söyləyib. Müasir dövrün aktual məsələlərindən biri olan müasir texnologiyaların coğrafiya nəzəriyyəsində və praktiki sahədə tətbiqi məsələlərinin müzakirə olunduğu tədbirdə, eyni zamanda coğrafiya sahəsində əldə edilən yeni nailiyyətlərin öz əksini müasir texnologiyanın tətbiqində də tapması məsələləri önə çəkilib, görkəmli alimlərin tədqiqat işlərində, elmi araşdırmalarında bu məsələnin aktuallığı qeyd olunub. Konfransda professorlar - Şövqi Göyçaylı, Tapdıq Həsənov, Məqsəd Qocamanov, Zakir Eminov coğrafiya sahəsinin müxtəlif istiqamətləri haqqında fikirlərini bildiriblər. Qeyd edək ki, konfransa həsr olunmuş məqalələr toplusunda müxtəlif istiqamətli coğrafi problemlər öz həllini tapıb. Altı bölmədə ümumiləşdirilən toplunun birinci bölməsində fiziki coğrafiya sahəsində problemlər müzakirə olunub. İkinci bölmədə iqtisadi coğrafiyanın müxtəlif sahələrində coğrafi nəzəriyyə məsələləri, iqtisadi coğrafi rayonlaşma prinsiblərinə əsasən inkişaf dinamikası öz əksini tapıb. Üçüncü bölmədə ekoloji coğrafiyanın istiqamətləri, müasir ekoloji vəziyyət, ekoloji tədbirlər və ekoloji qiymətləndirmə məsələləri işıqlandırılıb. Dördüncü bölmədə isə Azərbaycanda Geodeziya və kartoqrafiya sahəsində müasir tətbiq sahələri qruplaşdırılıb. Toplunun 5-ci fəslində Azərbaycanın turizm ehtiyyatları, turizmin inkişafı öz əksini tapıb. Nəhayət sonuncu fəsildə hidrometeorologiya sahəsində aparılan tədqiqatlar, müasir texnologiyaların hidrometeoroloji tədqiqatlarda tətbiqi və tədqiqi işıqlandırılıb. Qeyd edək ki, tədbirdə Azərsu ASC-nin, AMEA-nın Coğrafiya İnstitutunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Memarlıq və İnşaat Universitetinin əməkdaşları da iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 16 dekabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!