Əcnəbilər üçün yeni “AZƏRBAYCAN DİLİ” dərsliyi işıq üzü görüb

22/11/2016

Bakı Dövlət Universitetinin təcrübəli müəllimlərinin həmmüəllifliyi ilə ilk dəfə kommunikativ metodla əcnəbi vətəndaşlar üçün hazırlanmış yeni “Azərbaycan dili” dərsliyi işıq üzü görüb. BDU-nun Xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova, Alman və fransız dilləri kafedrasının müdiri, dosent Elmira Fərəcullayeva, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Məhbubə Qurbanova, Azərbaycan dilçiliyi kafedrasının dosenti Reyhan Həbiblinin həmmüəllifliyi ilə  hazırlanan bu dərslik tərtibatı, əhatəliliyi, innovatik strukturu, müasir təlim və tədris metodları əsasında hazırlanması ilə əcnəbilərə Azərbaycan dilini öyrənməkdə yaxından kömək edəcəkdir.

Müəlliflər əcnəbilərin  lüğət ehtiyatının zənginləşdirilməsi, şifahi nitqinin inkişafı üçün müxtəlif üsullardan istifadə ediblər. Dərslikdə ayrıca tərtib olunmuş “İş dəftəri”ndə burada dilimizin rahat şəkildə mənimsənilməsi üçün praktik tapşırıqlar verilib.  “İş dəftəri” dil öyrənənin hazırlıq səviyyəsini bir qədər də artıracaq, məntiqli və rabitəli nitq vərdişlərinə yiyələnməsinə yardımçı olacaqdır. Həmçinin ilk dəfə olaraq dərsliyin üzərində əyani vəsait kimi təqdim edilən CD diskdəki video və audio materiallar Azərbaycan dilini öyrənən əcnəbilərin dinləmə və anlama bacarıqlarını formalaşdıracaqdır.

Mətbuat və informasiya şöbəsi, 22 noyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!