Cahangir Məmmədli “Gənc əkinçi”lərə mühazirə deyib

12/03/2015

“İrəli” İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirir. "İrəli"nin Prezident yanında Gənclər Fondu ilə birgə təşkil etdiyi “Gənc Əkinçi” layihəsi öz işinə davam edir.

“Gənc Əkinçi”nin əsas məqsədi Azərbaycanda peşəkar jurnalistikanı formalaşdırmaq, fəaliyyət göstərən kütləvi informasiya vasitələri arasında mövcud əlaqələri inkişaf etdirmək, yeni əlaqələrin qurulmasına şərait yaratmaqdır.

Ümumilikdə layihədə 35 gənc jurnalist iştirak edir. Layihəyə cəlb edilən gənc jurnalistlərə peşakar təlimçilər və ixtisaslı kadrlar tərəfindən müxtəlif təlimlər, seminarlar keçilir. Layihənin əsas hədəflərindən biri də təlimdə iştirak etmiş gənc jurnalistlərin komandasının formalaşdırıması, onların Azərbaycan həqiqətləri barədə xarici ölkə mətbuatına çıxışını təmin etməkdir.

Akademiya iştirakçıları bu gün İsmayıllı rayonunun Mədəniyyət sarayında təlimlərdə iştirak ediblər. Təlimçi qismində iştirak edən BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli “gənc əkinçi”lərə “Jurnalistikanın müasir problemləri”mövzusunda mühazirə deyib. Müzakirə-dialoq formasında keçən görüşdə gənc jurnalistlər jurnalistikada peşəkarlığın sirrlərini, jurnalist etikasının əsas xüsusiyyətlərini müzakirə ediblər.

Qeyd edək ki, martın 12-dən start verilən layihə martın 15-i başa çatacaq.

Mətbuat və İnformasiya şöbəsi, 12 mart 2015-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!