Böyük Elmi Şurasının iclası keçirilmişdir

13/01/2011

Bu gün Böyük Elmi Şuranın iclası keçirilmişdir. Rektor, akademik Abel Məhərrəmov çıxış edərək gündəliyi elan etmişdir. Məlum olmuşdur ki, ölkəmizdə səfərdə olan Avropa Komissiyasının Prezidenti Manuel Brrozuya universitetin «Fəxri doktoru» adının verilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə qonaq haqqında ətraflı məlumat verən rektorun sözlərindən məlum olmuşdur ki, 28 il təhsil, 10 il siyasətçi kimi təcrübəsi olan Manuel Barrozu 6 universitetin professoru, 2 universitetin fəxri doktoru, 6 monoqrafiyanın, 48 məqalənin müəllifidir.

Beynəlxalq münasibətlər fakültəsinin kafedra müdirləri – Ağalar Abbasbəyli və Rüstəm Məmmədov ися билдирмишляр ки, indiyədək Avropa İttifaqının üzvü olan 27 ölkədən 17-də səfərdə olan M.Barrozunun elmi yaradıcılığı əsasən Avrointeqrasiyaya həsr olunub və fəaliyyət istiqamətlərindən biri də dövlətlərin Avrointeqrasiyaya cəlb olunmasını təmin etməkdir. Çıxışlarda Avropa miqyasında tarixi xidmətləri olan, yetkin siyasətçi, alim, dövlət xadimi kimi xarakterizə едилян M.Barrozunun Azərbaycana, o cümlədən Bakı Dövlət Universitetinə gəlişi yüksək qiymətləndirilib və qeyd edilib ki, bu, Avropa Komissiyası tərəfindən ölkəmizə olan münasibətin bariz nümunəsidir.

Sonda Böyük Elmi Şura Avropa Komissiyasının Prezidenti Manuel Barrozuya BDU-nun fəxri doktoru adının verilməsini qərara almışdır.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 13 yanvar 2011-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!