Böyük Elmi Şuranın genişləndirilmiş iclası keçirildi

17/03/2009

Martın 17-də yeni tədris korpusunun Akt zalında Elmi Şuranın genişləndirilmiş iclası keçirildi. Şuranı açan rektor, akademik Abel Məhərrəmov gündəlikdə duran məsələləri elan etdikdən sonra sözü tədris işləri üzrə prorektor, professor Vüsət Əfəndiyevə verdi. 2008-2009-cu tədris ilinin qış imtahan sessiyasının yekunları və akademik borcların ləğvinin gedişi haqqında məruzə edən prorektor sessiyanın uğurla başa çatdığını bildirərək akademik borcların ləğvi ilə bağlı məsələlərin də qaydasına qoyulduğunu Şura üzvlərinin diqqətinə çatdırdı. Sonra Bərk cismlər fizikası kafedrasının müdiri, akademik Bəhram Əsgərovun, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının müdiri, professor Əli Əhmədovun, Yuksək molekullu birləşmələr kimyası kafedrasının müdiri, professor Oqtay Əkbərovun, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri, professor Ələkbər Əliyevin hesabatları dinlənildi. Hesabatlar Elmi Şuranın sədri və Şura üzvləri tərəfindən qənaətbəxş hesab olundu. BDU-nun 90 illik yubileyi ilə bağlı müsabiqənin keçirilməsi məsələsi müzakirə edildikdən sonra elmi adların verilməsi səsə qoyularıq qəbul olundu. Cari məsələlərin müzakirəsindən sonra Elmi Şuranın genişləndirilmiş iclası başa çatdı.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 17 mart 2009-cu il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!